AZ

"Zirzəmi quşu"nun müəllifi Bakıya gəlir

Məşhur Cənubi Azərbaycan yazıçısı, "Zirzəmi quşu" romanının müəllifi Fəriba Vəfi 10-cu Bakı Beynəlxalq Kitab Sərgisinin fəxri qonaqları sırasındadır.

Kulis.az xəbər verir ki, oktyabrın 2-si saat 17:00-da "Zirzəmi quşu" romanının 2-ci nəşrinin təqdimat və imza mərasimi olacaq.

Oktyabrın 3-ü isə Fəriba Vəfi "Ədəbiyyatda qadın səsi" adlı mühazirə deyəcək.

Qeyd edək ki, "Zirzəmi quşu" romanı bir məişət qadınının ailə həyatında və daxili dünyasında baş verən böhranlardan, tərəddüdlərdən bəhs edir. Olduqca minimalistik bir dil və üslubla yazılıb.

Fəriba xanım Almaniyanın nüfuzlu "LiBeraturpreis" mükafatına layiq görülüb. Hazırda da yazıçılıq karyerasını Almaniyada davam etdirir.

Seçilən
11
kulis.az

1Mənbələr