AZ

İş adamlarını çox incidirlər...  

Bu gün bir çox sahibkarlar dövlət orqanlarının, xidmət sahələrinin  ədalətsiz fəaliyyətindən narazılıq edirlər.

Çünki sahibkarlar  dövlətə olan vergini,  sosial fonda ödənişləri vaxtında ödəsələr də müəyyən qurumlar onlardan əl çəkmir, nəsə umur və bunu etməyəndə  o iş adamlarını çək- çevirə salırlar. Bu, isə həmin insanların narazılığına  səbəb olur.

Əgər bir sahibkar dövlətin vergisini vaxtında ödəyirsə, sosial fonda  davamlı olaraq ödəmələr edirsə, bəs aidiyyatı qurumlar niyə onları incidir. Dünyanın hər yerində dediyimiz ödəmələr veriləndən sonra iş adamlarına heç kəs " gözün üstə qaşın var"- deyə bilməz.

Amma bizdə  bu işə aidiyyatı olmayan çoxlu sayda qurumlar, sahibkarlıq fəaliyyətinə müdaxilə edir, onları incidir və dövlətdən narazı salır.Bax bunların qarşısı alınsa, sahibkarlar da  rahat nəfəs alar, əl- qolları açılar!

Emil Faiqoğlu

Seçilən
4
adalet.az

1Mənbələr