İranın cənubundakı Kirman əyalətinin Ciroft şəhərində Xəlil Rud çayında baş verən daşqınlar nəticəsində azı 14 nəfər ölüb.
Publika.az TASS-a istinadən xəbər verir ki, bu barədə İranın Qızıl Aypara Cəmiyyətinin nümayəndəsi məlumat verib.
“Qurbanlar arasında altı qadın, yeddi uşaq və bir kişi var”, - ISNA agentliyi onun sözlərini sitat gətirib.
Fəlakət yerində xilasetmə işləri davam edir. Bir nəfər itkin düşmüş hesab olunur.