AZ

Bakı Limanının Əməliyyatlar üzrə Baş Direktoru: Xəzər dənizində suyun səviyyəsi 1995-ci ildən azalmağa başlayıb

Xəzər dənizində suyun səviyyəsi 1930-dan 1995-ci ilə qədər 2 metr artıb, 1995-ci ildən isə azalmağa başlayıb. Xəzərdə suyun səviyyəsi əsasən çay sularının azalması səbəbindən azalır. Eyni zamanda, qlobal istiləşmə, artan tempuratur, bu regiona təsir göstərib.

"APA-Economics" xəbər verir ki, bunu Bakı Limanının Əməliyyatlar üzrə Baş Direktoru Eugene Seah Bakı İqlim Fəaliyyəti Həftəsinin (BİFH) 2-ci günündə çıxışı zamanı deyib.

"Xəzər dənizi üçün ən pis ssenariyə hazır olmalıyıq. Bizim hələ iqlim dəyişikliklərinin təsirlərini azaltmaq üçün imkanlarımız qalır. Suyun səviyyəsinin azalması gəmilərin yük götürmə qabiliyyətinin azalmasına və karqo hərəkətinə ciddi təsir göstərir" - deyə o qeyd edib.

O bildirib ki, iqlim dəyişikliklərinin təsirini azaltmaq üçün müəyyən tədbirlər həyata keçirilir: "Müxtəlif maraqlı tərəfləri cəlb edirik, eyni zamanda karbon emissiyasını azaltmağa çalışırıq".

Seçilən
22
1
apa.az

2Mənbələr