AZ

"Fonseka ilk gündən dedi ki, ona dəyişilmiş versiyada lazımam" - Rafael Leau

"Milan"ın kapitanı Rafael Leau baş məşqçi Paulu Fonsekanın ondan nə tələb etdiyini açıqlayıb.

Fanat.Az xəbər verir ki, "Tuttomercatoweb" portuqaliyalı vingerin sözlərini belə çatdırıb:

"Fonseka ilk gündən dedi ki, ona dəyişilmiş versiyada lazımam. O, müdafiəyə diqqət yetirməyimin vacib olduğunu söylədi. Bu, əlbəttə ki, mənim daha yaxşı olmağıma kömək edir. Fonseka mənə topsuz necə hərəkət etməli olduğumu, uzaq dirəyi necə bağlamaq lazım gəldiyini başa saldı".

Qeyd edək ki, cari mövsüm bütün turnirlərdə 7 oyuna çıxan Leau 1 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Nihat

Seçilən
3
fanat.az

1Mənbələr