AZ

İranda terror aktı - SEPAH komandiri öldürüldü

Hurriyyet.az xəbər verir ki, İranın Sistan və Belucistan vilayətində yerləşən Bent şəhərində terror aktı baş verib, İnqilab Keşikçiləri Korpusunun komandiri öldürülüb. IRNA agentliyinin məlumatına görə, Naməlum şəxslər avtomobildən atəş açıblar. 

Mətbuatın yazdığına görə, terror aktı nəticəsində 5 nəfər həlak olub. Onların arasında İnqilab Keşikçiləri Korpusunun Bent şəhərindəki komandiri Pərviz Kadxodai və Bent şəhər şurasının başçısı Yusif Şirani də var. 2 nəfər isə ağır yaralanıb.

Hürr Tərcüman

 

Seçilən
5
hurriyyet.az

1Mənbələr