AZ

İrəvan məktəblərinin birində fövqəladə vəziyyət yaşanıb

İrəvan

Tbilisi, 1 oktyabr, AZƏRTAC

Oktyabrın 1-də İrəvandakı 19 saylı məktəbdə fövqəladə vəziyyət yaranıb.

AZƏRTAC xəbər verir ki, 7-ci sinif şagirdi məktəbə gözyaşardıcı, nəfəs yollarının tutulmasına və kəskin öskürəyə səbəb olan qaz buraxıb.

Qaz balonunun partlaması ehtimal edildiyi üçün şagirdlər təxliyə olunublar.

Hadisə yerinə hüquq-mühafizə orqanları əməkdaşları cəlb edilib.

Mətbuatın yazdığına görə, İrəvanda odlu silahla, qaz balonları ilə törədilən cinayətlərin sayı artıb. Orta məktəblərdə dərslərin yeni başlamasına baxmayaraq, şagirdlər arasında da odlu və soyuq silah, qaz balonları gəzdirmək və bir-birilərinə hədə-qorxu gəlmək halları kəskin artıb.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Seçilən
2
1
azertag.az

2Mənbələr