AZ

Azərbaycanın kənd təsərrüfatı ixracatın əhəmiyyətli bir hissəsini təşkil edir - AZPROMO

Bakı. Trend:

Azərbaycanın kənd təsərrüfatı ixracatın əhəmiyyətli birhissəsini təşkil edir.

Trend xəbər verir ki, bubarədə İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO)icraçı direktorunun müavini Tural Hacılı Bakı İqlim dəyişmələri iləmübarizə üzrə Fəaliyyət Həftəsi çərçivəsində keçirilən beynəlxalqkonfransda panel müzakirələr zamanı bildirib.

"Hökumətin iqlim dəyişmələrinə qarşı dayanıqlığı artırmağayönəlmiş "Harmoniya" təşəbbüsü COP29-da təqdim ediləcək 14təşəbbüsdən biridir. Bu təşəbbüs böyük əhəmiyyətə malikdir, çünkikənd təsərrüfatı Azərbaycanın iqtisadiyyatında mühüm yer tutur vəqeyri-neft sektorunun aparıcı sahələrindən biridir. Biz bu sektoraxarici investisiyaların birbaşa cəlb edilməsinə və ekspertizanıninkişafına fəal şəkildə dəstək veririk. 2023-cü ildə kəndtəsərrüfatının ÜDM-də payı təxminən 5% olub və bu sektorunməhsulları illik 1 milyard dollardan çox ixracatın əhəmiyyətlihissəsini təşkil edir", - o bildirib.

Tural Hacılı əlavə edib ki, kənd təsərrüfatı həm də karbon qazıtullantılarının böyük mənbəyidir və hazırkı maliyyələşdirmə vəinvestisiya həcmləri zəruri dəyişikliklərin həyata keçirilməsi üçünkifayət deyil.

"Bununla əlaqədar daha çox addımlar atılmalıdır. Bugünkü tədbirədəvət olunan şirkətlər artıq öz fəaliyyəti vasitəsilə karbon qazıtullantılarının azaldılmasına töhfə veriblər. AZPROMO vəİqtisadiyyat Nazirliyi bu səylərə tam dəstək verməyə vəşirkətlərimizə işlərinin bütün mərhələlərində kömək etməyəhazırdır", - o əlavə edib.

Seçilən
19
az.trend.az

1Mənbələr