Ukrayna Müdafiə Nazirliyinin rəhbəri Rüstəm Umerov 8 müavinindən 4-nün vəzifəsindən azad edildiyini açıqlayıb.
“AzPolitika” xəbər verir ki, Ukrayna Müdafiə naziri bu barədə “facebook”-da paylaşım edib: “Müdafiə nazirinin müavinləri - Stanislav Qayderin (nazir aparatının rəhbəri vəzifəsinə keçir), Aleksandr Sergeyin, Yuri Djigirin, Lyudmila Daraqanın (dövlət katibi) vəzifədən azad edilməsi ilə bağlı Nazirlər Kabinetinə təqdimat imzaladım. Yeni təyinatlar, o cümlədən nazir müavinləri barədə sizə ayrıca məlumat verəcəyəm”.
O, həmçinin ordunun təchizatı sistemində islahatlar aparacaqlarını bildirib.
“AzPolitika.info”