AZ

Hansı yükdaşıma şirkəti daha sərfəlidir? - Qiymətlər

Hazırda yükdaşıma bazarında fəaliyyət göstərən şirkətlərin sayı kifayət qədərdir. Şirkətlər yükdaşıma prosesini daşınacaq yüklərin nə olmasından, həcmindən, məsafəsindən asılı olaraq müxtəlif qiymətlərə həyata keçirirlər. Qiymətlər əlavə işçi qüvvəsinə görə arta bilir.

Valyuta.az bəzi yükdaşıma şirkətlərindən daşınma qiymətlərini öyrənməyə çalışıb. 

Bakıdan 120 kilometr məsafədə yerləşən Şamaxı rayonuna 2 otaqlı mebelli evin köçürülməsinin qiyməti öyrənilib. Yataq dəsti, salon mebelləri, soyuducu, paltaryuyan və 8-10 qutu xırda əşyalar olan bir həyət evini Masazır qəsəbəsi Əliağa Vahid küçəsindən Şamaxı rayonunun mərkəzinə köçürmək üçün nə qədər ödəniş etmək lazımdır?

“*1676” – Yükdaşıma şirkəti mebellərin paketlənməsi, fəhlələrin yükləyib boşaltması və ustaların mebelləri söküb-yığması ilə birgə qiyməti 450 manat təklif edir. Əgər usta və fəhlə qüvvəsi yüklərin yığılmasında iştirak edib, rayona getməzlərsə, bu qiymət 350 manat olur.

“878” – Yükdaşıma şirkəti bu mebelləri daşımaq üçün 5 metr uzunluğunda, 2 metr enində avtomobil ayırır. Qiymət ustalar və fəhlələrin hər iki ünvanda iştirakı ilə 470 manat, yalnız Masazırda iştirakı ilə isə 350 manat təşkil edir.

“166” – Yükdaşıma şirkəti bu mebellərin paketlənməsi, hər iki ünvanda usta və fəhlə iştirakı ilə boşaldılıb, yığılması üçün 6 metr uzunluğunda, 2.20 metr enində avtomobil ayırır. Şirkət bu prosesə 620 manat qiymət təklif edir. Əgər usta və fəhlə heç bir ünvanda iştirak etməzsə, sadəcə avtomobilin yükü aparması 210 manata başa gəlir.

“188” – Yükdaşıma şirkəti də bu mebellərin hər iki ünvanda usta və fəhlə iştirakı ilə daşınmasını 400 manata həyata keçirir. Əgər sadəcə avtomobil lazım olarsa, şirkət bunu 200 manata təşkil edir.

Şirkətlərlə yanaşı, bu işi fərdi şəkildə həyata keçirən şəxslərlə də əlaqə saxladıq. Onlar əlavə olaraq 10-20 qutu əşyanın aparılamasını, hər iki ünvanda usta və fəhlələrin iştirakını, mebellərin paketlənməsini yükdaşıma şirkətlərindən ucuz həyata keçirir. Onlar bu prosesi həyata keçirmək üçün 300 manat ödəniş olunacağını bildirirlər. 

Əvəz Həsənov

Seçilən
13
valyuta.az

1Mənbələr