AZ

Ten Haq vaxt tələb edir

“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq komandasının bu mövsümün əvvəlindəki zəif çıxışından danışıb.Komanda.az “The Guardian”-a istinadən xəbər verir ki, niderlandlı çalışdırıcı təkmilləşməli və komanda qurmalı olduqlarını bildirib:“Yayda qərara alındı ​​ki, birlikdə işləməyə davam edək. Biz təkmilləşməli və komanda qurmalıyıq. Bütün bunlar vaxt tələb edir. İndi biz hamımız bir qayıqdayıq – rəhbərlikdən tutmuş, meydandakı oyunçulara qədər”.“Mançester Yunayted” İngiltərə çempionatının son oyununda doğma meydanda “Tottenhem”ə 0:3 hesabı ilə məğlub olub.Ten Haqın komandası 6 turdan sonra 7 xalla Premyer Liqanın turnir cədvəlində 13-cü pillədə qərarlaşıb.

Seçilən
17
komanda.az

1Mənbələr