AZ

Tələbələri daşıyan avtobus yandı – 20 nəfərdən çox ölən var

Tailandda 38 şagird və 6 müəllimi daşıyan avtobusun yanması nəticəsində azı 20 nəfər həlak olub.

Yenicag.az xəbər verir ki, bu barədə Taylandın daxili işlər naziri Anutin Çanvirakun bildirib. Nazirin sözlərinə görə, Uthai Thanidən ekskursiya üçün yola çıxan 44 sərnişini daşıyan avtobus yolda alovlanıb.

Daxili işlər naziri əlavə edib ki, hadisə yerində araşdırmalar davam edir və itkilərin dəqiq sayı hələlik təsdiqlənməyib. O qeyd edib ki, sağ qalanların sayına əsasən, 20 nəfərin öldüyü təxmin edilir.

Sosial şəbəkələrdə avtobusun alov içində qaldığını göstərən görüntülər yayılıb. Tələbələrin yaşı və digər təfərrüatlar barədə hələlik məlumat verilmir.

Xilasedicilərin sözlərinə görə, yanğın avtobusun maneələrə çırpılmasından sonra başlayıb.

Tailandın baş naziri hadisə ilə bağlı həlak olanların ailələrinə başsağlığı verib.

İsmayıl Bakuvi

Seçilən
3
1
yenicag.az

2Mənbələr