AZ

Travmasız uşaqlar yetişdirmək üçün bunu edin – PSİXOLOQ

Uşağın travma almasında böyüklərin rolu böyükdür. Valideynlər travmasız uşaqlar yetişdirmək üçün nələrə diqqət etməlidirlər? Bunun qarşısını almaq mümkündürmü?

Bu barədə Tribunainfo.az-a açıqlama verən psixoloq Aytən Ələkbərova bildirib ki, bizim övladlarımız anlamadıqları hər bir durumun travmasını yaşayırlar.

Psixoloqun sözlərinə görə, həyatda elə bir insan yoxdur ki, danışmasın, gülməsin, ağlamasın, kədərlənməsin. Bəzən biz baxırıq ki, hətta bizim onların gələcəyi naminə onlardan tələb etdiyimiz dərsləri belə onlar danışarkən böyük xaosla bir travmanın olduğunu, hansı ki, bu yeniyetmə yaşlarında baş verir.

“Təbiidir ki, 22-23 yaşdan sonra valideyn niyə övladlarında bunları istəyirdi, tələb edirdi məsələsini anladıqlarına görə, anlamadıqları dövrün hansısa bir müqaisəsini, tələbini travma olaraq qəbul edirlər.

Buna görə də övladlarımızla söhbət edərkən başqa kimisə misal gətirərək və müqaisə etmədən “sən öz dünyanın bir yaradıcısısan” kəlməsini başa salaraq söhbət etmək lazımdır.

Təbii ki, hər bir uşağın özünəməxsus psixoloji xüsusiyyəti var. İlkin olaraq valideyn övladının psixotemperamentini, psixoloji tipini, necə ki, qan qrupunu bilir onları da əminliklə bilməlidir ki, uşaqla necə rəftar etməyi də bilsin. Ona görə də bəzən silsilə-silsilə valideynlərlə görüşlər edirik. Bəzən 25-30 ilin valideyni soruşur və deyir: “Məgər biz psixoloqla böyümüşdük?” Amma bu gün o uşaqlıq travmasından əziyyət çəkib xroniki təşviş yaşadığını isbat etdikdə deyir, “hə, kaş o vaxt psixoloq olardı”. Ancaq indiki gənclik, hansı ki, son 5-6 il ərzində abituriyent vaxtında psixoloqların fərdi getməsələr belə, məktəblərdə olması, ümumi söhbət aparması bu gün onların öz övladlarının psixoloqla böyütməsinə gətirib çıxarır. Özlərini narahat edən vəziyyətləri öz övladlarına qarşı artıq etmirlər.

Deməli, özü yaşayıb xeyrini görən adam elə öz övladına bəzən hətta bu cür də olur ki, dayəni belə düşünürlər ki, onun psixoloji, ən azı uşaq psixologiyasını biləcək bir bilgisi olsun. Çünki onun övladına qarşı travmalar olmasın. Onsuz da ana öz övladından ayrılarkən dayəyə belə verməsi uşağın müəyyən bir yaşdan sonra travmasına gətirib çıxarır. Bəzi analar var ki, övladı dayəni daha çox sevir anasından.

Buna görə də övladlarımızın bizi anlamadıqları yaşını düşünərək özümüz də bilmədən o travmaların yaradıcısı oluruq. Psixoloqa müraciət edənlər də etməyənlər də bu gün bəlkə də bu mövzunu oxuyub övladlarına daha diqqətli yanaşacaqlar ki, övladları onların özlərinin aldığı travmalardan daha çox travma ötürdüyünün sabah yaşamasınlar”.

Seçilən
16
tribunainfo.az

1Mənbələr