AZ

"Payonix” BOKT-ın Müşahidə Şurasına yeni sədr təyin edilib

"Payonix” MMC bank olmayan kredit təşkilatı (BOKT) Müşahidə Şurasının sədri dəyişib.

Marja.az-ın əldə etdiyi məlumata görə, təsisçinin qərarı ilə Cəfərov Zamin Ramiz oğlu Müşahidə Şurasının sədri vəzifəsinə təyin edilib. Bu təyinatadək "Payonix”in Müşahidə Şurasının sədri Fətullayev Anar Akif oğlu idi.

"Payonix” BOKT mobil tətbiqi üzərindən kredit məhsulları təklif edir. 

Xatırladaq ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti "Payonix”i 2022-ci ilin iyun ayında dövlət qeydiyyatına alıb. Onun hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, Bəşir Səfəroğlu küçəsi, ev 133A, mənzil 23, nizamnamə kapitalı 1,3 milyon manatdır. 2024-cü ilin may ayında Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin qərarı ilə "Payonix” MMC bank olmayan kredit təşkilatına lisenziya verilib.

Cəfərov Zamin Payonix bokt
Seçilən
20
3
marja.az

10Mənbələr