AZ

Ailəsinin üz döndərdiyi kişinin evində çürümüş meyiti tapıldı - YENİLƏNİB

Qaxda evdən çürümüş kişi meyitinin tapılması ilə bağlı yeni təfərrüat məlum olub.

Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, 62 yaşlı Elman Yusifov spirtli içki aludəçisi imiş.

Bu səbəbdən də ailəsi ondan üz döndəribmiş. E.Yusifov evdə tək yaşayıb.

Faktla bağlı araşdırma aparılır.

***

Qaxda evdən çürümüş kişi meyiti tapılıb.

Avtosfer.az xəbər verir ki, hadisə rayonun Qum kəndində qeydə alınıb.

Belə ki, 1962-ci il təvəllüdlü Elman Əhmədiyyət oğlu Yusifovun üzərində zorakılıq əlamətləri görünməyən çürümüş meyiti evindən tapılıb.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
7
avtosfer.az

1Mənbələr