AZ

İranda silahlı hücum – 4 ölü, 2 yaralı var


İranın cənub-şərqindəki Sistan və Bəlucistan əyalətində həyata keçirilən silahlı hücum nəticəsində 4 nəfər ölüb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə İRNA agentliyi məlumat yayıb.
Məlumata görə, hadisə çərşənbə axşamı Sistan və Bəlucistan vilayətinin Nikşəhr əyalətinin Bent rayonundakı məktəbdə keçirilən xeyriyyə mərasimində baş verib.
Belə ki, “Peugeot” markalı avtomobildə olan naməlum şəxslər xeyriyyə mərasimində iştirak edənlərə atəş açıb.
Nəticədə 4 nəfər ölüb, 2 nəfər yaralanıb. İlkin məlumata görə, yaralılardan birinin vəziyyəti ağırdır.
Ölənlər arasında SEPAH komandiri Pərviz Kadxodainin də adı var.
Seçilən
10
1
yeniavaz.com

2Mənbələr