AZ

Barselonadan Milana gələn təyyarənin uçuş-enmə zolağında təkəri partladı

İtaliyanın Milan şəhərinin üçüncü böyük hava limanı olan “Orio al Serio” beynəlxalq hava limanında (Caravaggio/Berqamo aeroportu) uçuşlar dayandırılıb.

Bizim.Media xəbər verir ki, buna Barselonadan gələn təyyarənin uçuş-enmə zolağında təkərinin partlaması səbəb olub.

Hadisə nəticəsində xəsarət alan olmayıb, sərnişinlər təxliyə ediliblər. Hava limanında uçuşlar müvəqqəti olaraq dayandırılıb.

Hava limanını idarə edən “Sacbo” şirkətindən bildirilib ki, texniki nasazlıqlar səbəbindən hazırda uçuş-enmə zolağında dayanan təyyarəyə görə əməliyyatlar dayandırılıb: “Uçuşlar təxirə salınıb, gələn reyslər isə hava limanı yenidən açılana qədər dəyişdirilə və ya ləğv edilə bilər”.

Bizim.Media

Seçilən
11
bizim.media

1Mənbələr