AZ

Metyu Miller: ''İsrail Livanda keçirəcəyi əməliyyat barədə ABŞ-ı məlumatlandırdı''

ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller İsrailin Livanda planlaşdırdığı bir sıra məhdud quru əməliyyatları barədə ABŞ-ı məlumatlandırdığını açıqlayıb.
Metyu Miller keçirdiyi mətbuat konfransında bildirib ki, İsrail Livan sərhədi yaxınlığında ''Hizbullah'' infrastrukturunu hədəf alan məhdud quru əməliyyatları barədə ölkəsini məlumatlandırıb.
Metyu Miller həmçinin qeyd edib ki, ölkəsi hələ də ''Hizbullah'' və İsrail arasında 21 günlük atəşkəs planını dəstəkləyir.
"Biz onlarla bu əməliyyatlar haqqında müzakirələr apardıq. Bizə bir sıra əməliyyatlar barədə məlumat verdilər. Hazırda onlar bizə dedilər ki, bunlar sərhədə yaxın ''Hizbullah'' infrastrukturuna yönəlmiş məhdud əməliyyatlardır, lakin biz bu məsələ ilə bağlı müzakirələrimizi davam etdiririk”,-deyə ABŞ Dövlət Departamentinin sözçüsü qeyd edib.
Metyu Miller həmçinin hər iki tərəfi gərginliyi artıran addımlar atmamağa və atəşkəsi qəbul etməyə çağırıb.



Seçilən
1
trt.net.tr

1Mənbələr