AZ

Vidadi İsgəndərli öldü

Fransada mühacirətdə yaşayan Vidadi İsgəndərli ölüb.

 

Senzor.az bildirir ki, bu barədə Fransada yaşayan jurnalist Qənimət Zahid məlumat yayıb.

 

O bildirib ki, 2 gün əvvəl yaşadığı evdə hücuma məruz qalan V.İsgəndərlinin həyatına aldığı çoxsaylı bıçaq xəsarətləri son qoyub, həkimlər onu xilas edə bilməyiblər.

 

V.İsgəndərlinin qardaşı Oktay İsgəndərli Turan-a açıqlamasında məlumatı təsdiqləyib. O bildirib ki, Vidadi İsgəndərli Bakı vaxtı ilə saat 13:15-də Fransanın Müluz şəhərindəki xəstəxanada dünyasını dəyişib.

 

Həkimlərin sözlərinə görə, qan itkisini dayandırmaq və normal nəfəs alma ssitemini bərpa etmək mümkün olmayıb.

 

Oqtay İsgəndərli onu da bildirib ki, mərhumun dəfn mərasimi təxminən bir həftə sonra - müvafiq məhkəmə-tibbi ekspertizadan sonra olacaq.

Seçilən
10
2
senzor.az

10Mənbələr