AZ

“Maaş və pensiyaların artması fonunda süni qiymət artımına qarşı mübarizə çox vacibdir”- Millət vəkili

“Maaş və pensiyaların artması fonunda süni qiymət artımına qarşı mübarizə hökumət üçün prioritet məsələlərdəndir. Sözsüz ki, adətən ölkədə maaş və pensiyalar artanda bir sıra məhsulların qiymətinin də süni şəkildə artırılmasını müşahidə edirik. Ona görə də süni qiymət artımına qarşı mübarizə çox vacibdir”.

Bu fikirləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

Millət vəkili bildirib ki, minimum pensiya və əməkhaqqı artırıldıqdan sonra bu istiqamətdə daha sistemli tədbirlərin həyata keçirilməsinə ehtiyac var:

“Ona görə də maaş və pensiya artımları fonunda həm də istehlak bazarındakı tarazlığın qorunub saxlanması və süni şəkildə qiymət artımlarının qarşısının alınması aktualdır. Sözsüz ki, bu istiqamətdə biz də öz təkliflərimizi irəli sürəcəyik. Çünki həm qiymətlərin monitorinq olunması, həm də süni şəkildə qiymət artımlarının qarşısının alınması çox vacibdir. Bu konteksdən də hökumətin, xüsusən də bu sahəyə məsul olan dövlət qurumunun antiinhisar və istehlak bazarına nəzarət xidmətinin daha fəal şəkildə qiymətləri monitorinq etməsi və süni qiymət artımları ilə mübarizə fəaliyyətini genişləndirməsinə ehtiyac var”.

//Gülnarə Abasova, Editor.az

Seçilən
17
editor.az

1Mənbələr