AZ

BMT və Livan böyük yardım kampaniyasına başlayıb

Birləşmiş Millətlər Təşkilatı (BMT) və Livan hökuməti ölkədə sürətlə artan humanitar ehtiyacları qarşılamaq üçün 426 milyon dollarlıq təcili yardım kampaniyasına başlayıb.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, bu barədə BMT-nin Humanitar Yardım Koordinasiya Ofisi (OCHA) açıqlama verib.

Açıqlamada deyilir: \"BMT və Livandakı humanitar tərəfdaşlarımız, ölkədə sürətlə artan ehtiyacları qarşılamaq üçün Livan hökuməti ilə birlikdə 3 aylıq təcili yardım kampaniyası başladıb. Kampaniya 1 milyon insana humanitar yardım göstərməyi hədəfləyir. Bunun üçün beynəlxalq donorlardan 426 milyon dollar toplanacaq”.

İsrailin hücumlarına məruz qalan Livanda son iki həftədə misli görünməmiş bir can itkisi və köçkünlük dalğasının yaşandığı vurğulanan bəyanatda, mindən çox insanın həyatını itirdiyi, 6 mindən çox insanın isə yaralandığı da qeyd edilib.
 
Cəmalə
Seçilən
7
azxeber.com

1Mənbələr