AZ

Bakı-Qazax yolunda yanacaqdaşıyan maşın aşıb yandı

Bakı. Trend:

Bakı-Qazax magistral avtomobil yolunun Ucar rayonu, Müsüslükəndi ərazisindən keçən hissəsində qəzaya düşmüş yanacaqdaşıyan yükavtomobilində yanğın baş verib.

Trend xəbərverir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, hadisə ilə əlaqədar dərhal FHN-in DövlətYanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğınınqəza nəticəsində yol kənarına aşmış avtomobilin çənində baş verdiyivə yaxınlıqdakı tikiliyə keçdiyi, habelə genişlənmə riskinin yüksəkolduğu müəyyən edilib.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın qısamüddətdə məhdudlaşdırılıb.

Hadisə yanğının tam söndürülməsi istiqamətində tədbirlər davametdirilir.

Əlavə məlumat veriləcək.

Məqalədə:
Seçilən
21
21
az.trend.az

10Mənbələr