AZ

Şaiq Mirzəyev: "Ulu Öndər Heydər Əliyev ölkəmizdə milli hüquqşünas kardların yetirşdirilməsinin əsasını qoyub"

"Bu gün təqdimatı keçirilən “Ulu Öndər Heydər Əliyev və hüquq elminin inkişafı” adlı kitabda Ümummilli liderimizin Azərbaycan hüquq elmi və təhsilinin inkişafında misilsiz xidmətləri hüquqi-nəzəri aspektdən geniş şəkildə şərh olunub".

Bunu e-huquq.az-a açıqlamasında, Vəkillər Kollegiyasının üzvü, hüquq üzrə fəlsəfə doktoru Şaiq Mirzəyev Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsinin dekanı, hüquq üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyevin müəllifi olduğu "Ulu Öndər Heydər Əliyev və hüquq elminin inkişafı" adlı kitabından danışarkən deyib.

O bildirib ki, kitabda qeyd olunduğu kimi, Ulu Öndər Heydər Əliyev həqiqətən hüquq elminin inkişafına böyük töhfə verib: "Ulu Öndər Heydər Əliyevin hüquq elminə töhfəsi hələ sovet hökuməti dövründən başlayıb. O, Azərbaycan SSR Konstitusiyasının hazırlanmasına rəhbərlik etmişdir. Hakimiyyətdə olduğu dövrdə Heydər Əliyevin tapşırığı ilə Azərbaycanda fəhlə və kolxozçuların övladlarının hüquq fakültəsinə qəbul olunmasına şərait yaradılmışdı. Kolxozçu ailəsində böyüyən mənim atamın hüquq fakültəsinə qəbulu məhz o dönəmə düşdü. Atam kimi minlərlə Azərbaycan kəndlərindən gələn gənc hüquq fakültəsinə qəbul oldu və Azərbaycan hüquq elminə böyük töhfələr verdilər. Heydər Əliyev ölkəmizdə milli hüquqşünas kardların yetirşdirilməsinin əsasını qoydu. Ulu Öndərin hüquq elminin inkişafı istiqamətində yürütdüyü siyasət bu gün cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir".

Ş.Mirzəyev deyib ki, “Ulu Öndər Heydər Əliyev və hüquq elminin inkişafı” adlı kitabda qeyd edilən məsələlərin hamısı geniş şəkildə öz əksini tapıb: "Kitabın özünəməxsus strukturu var. Bu kitabda Ulu öndər Heydər Əlyevin hüquq elminin inkişafına verdiyi töhfələr mərhələli formada əks olunur. Hesab edirəm ki, bu kitab hüquq fakültələrində dərs vəsaiti istifadə olunmalıdır".

Seçilən
6
e-huquq.az

1Mənbələr