AZ

Azərbaycanın maliyyə və valyuta sabitliyi də tam təmin olunub- ÖZƏL

"2024-cü ilin ötən dövründə beynəlxalq əmtəə bazarlarında maliyyə və pul siyasətində gərginliklərə görə, ən yüksək inkişaf etmiş ölkələrin borc və büdcə kəsirlərinin artması fonunda Azərbaycanın maliyyə və valyuta sabitliyi də tam təmin olunub, fiskal və suveren yığımların artması büdcədə əhəmiyyətli profisit yaradıb, tədiyyə balansımız möhkəmlənib". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Ramid Namazov deyib: "Ölkəmizin milli gəlir potensialı böyüyüb, milli təhlükəsizlik yastığı hesab olunan strateji valyuta ehtiyatları 73 milyard ABŞ dollarını ötüb. Prezident İlham Əliyevin yürütdüyü unikal iqtisadi siyasət sayəsində Azərbaycanın xarici borcu da azalıb və bu borcun həcmi ümumi daxili məhsulun cəmi 7,5 faizini təşkil edir. Azərbaycan məsuliyyətli və etibarlı dövlət kimi tərəfdaşlıq etdiyi maliyyə institutları, bank və kredit təşkilatlarının nəzərdə tutulan bütün əsas kreditlərini qaytarıb. Dövlətin potensial iqtisadi imkanları həmin borcu bir gündə qaytarmağa imkan verir.
Onu da nəzərə alsaq ki, hazırda inkişaf etmiş ölkələrin bəzilərində xarici borc ümumi daxili məhsulun 100 faizini, hətta ondan da yüksək rəqəmi təşkil edir. Bu baxımdan Azərbaycan borc portfelinin nisbətinə görə, dünyada ən yaxşı ölkələr qrupundadır. Ölkəmizin strateji valyuta ehtiyatları xarici dövlət borcunu 14 dəfə üstələyir ki, bu göstərici region dövlətlərinin heç birində qeydə alınmayıb".

Alim Hüseynli
Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
5
olaylar.az

1Mənbələr