AZ

"Qarabağ" - "Malmö" matçına neçə bilet satılıb? - Anşlaq gözlənilir

UEFA Avropa Liqasının Liqa mərhələsinin II turunda baş tutacaq "Qarabağ" - "Malmö" (İsveç) matçına bilet satışı davam edir.

Fanat.Az Ağdam klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, artıq 18000 bilet satılıb.

Qeyd edək ki, qarşılaşma oktyabrın 3-də, saat 20:45-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Matçın biletlərinin qiyməti müvafiq olaraq 5, 20, 30, 40, 75 və 150  manat təşkil edir. VVIP C və VVIP D sektorlara bilet alaraq, VIP Lounge üstünlüklərindən yararlanmaq istəyən azarkeşlər üçün biletlərin qiyməti isə 300 manatdır. Azarkeşlər qarşılaşma üçün biletləri iTicket.az-ın satış məntəqələri (iTicket.az-da onlayn satış), Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopu və Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından əldə edə bilərlər.
 

Seçilən
4
33
fanat.az

10Mənbələr