AZ

II Yelizaveta ömrünün sonunda sümük xərçəngindən əziyyət çəkirdi -Boris Conson

Böyük Britaniya kraliçası II Yelizaveta həyatının sonlarında sümük xərçəngindən əziyyət çəkib.

“İki sahil” RT-yə istinadla xəbər verir ki, bu məlumat, İngiltərənin keçmiş baş naziri Boris Conson xatirələrində yer alıb.

“Daily Mail” Consonun kitabından sitat gətirir: "O, solğun və daha əyilmiş görünürdü və qollarında və biləklərində, ehtimal ki, IV və ya inyeksiya nəticəsində qançırlar var idi".

Kraliça II Yelizaveta 8 sentyabr 2022-ci ildə 97 yaşında vəfat edib. Onun şəxsi katibi Edvard Yanq daha sonra kraliçanın yuxuda öldüyünü yazıb.

Seçilən
7
ikisahil.az

1Mənbələr