AZ

80 yaşlı qadın gözəllik yarışmasının finalına yüksəldi

Cənubi Koreyada 80 yaşlı qadın milli gözəllik müsabiqəsinin finalına çıxıb

Ucnoqta.az xəbər verir ki, bu barədə Oddity Central yazıb.

Məlumata görə, Cənubi Koreyadan olan Çoi Sun Hva 80 yaşında milli gözəllik müsabiqəsinin finalçısı olub.
Təqaüdçü deyir ki, ilkin olaraq ərizə verməyi planlaşdırmayıb, lakin təşkilatçılar iştirak qaydalarını dəyişdikdən sonra o, bu fürsətdən yararlanmağa qərar verib.
Üstəlik, qadının artıq podiumda gəzmək təcrübəsi var - koreyalı qadın uzun müddətdir ki, modellik biznesi ilə məşğuldur.

"Özümə dedim ki, qəbul olunub-olunmamağımdan asılı olmayaraq cəhd etməliyəm" -Çoi deyib.

Qadın model kimi fəaliyyətə 72 yaşında tibb bacısı işlədiyi xəstəxanada pasiyentlərindən birinin özünü bu sahədə sınamağı təklif etməsi ilə başladığını xatırladır.

Seçilən
17
1
ucnoqta.az

3Mənbələr