AZ

Azərbaycanda könüllü karbon bazarı üçün bir sıra normativ aktlar hazırlanıb

Bakı. Trend:

Azərbaycan həm könüllü, həm də uyğunluq bazarı üçün bir sıranormativ aktlar hazırlayıb.

Trend xəbər verir ki, bubarədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji siyasətşöbəsinin müdiri Faiq Mütəllimov Bakıda keçirilən "Azərbaycandakönüllü karbon bazarlarına giriş" seminarında deyib.

"Bu normativ aktlar emissiya ticarət sistemini və hazırdahökumətdə müzakirə etdiyimiz paralel karbon vergi sistemini tətbiqetməyə kömək edəcək. Bu karbon bazarı sisteminin tənzimlənməsininvacibliyini də başa düşürük", - o deyib.

O əlavə edib ki, "Azərbaycanda könüllü karbon bazarlarına giriş"seminarı da Bakıda keçirilən İqlim Həftəsinin mühüm birhissəsidir.

"Artıq qeyd edildiyi kimi, karbon bazarları qlobal istixanaqazlarının emissiyalarını azaltma məsələsində getdikcə daha daəhəmiyyətli rol oynayır. Bilirsiniz ki, bu il Bakıda COP29-damüzakirə ediləcək əsas mövzulardan biri 6-cı maddədir. Burada 6.2və 6-cı maddələrə uyğun olaraq yaradılmalı olan beynəlxalq karbonbazarının mexanizmləri müzakirə ediləcək", - o əlavə edib.

Seçilən
10
az.trend.az

1Mənbələr