La Liqanın 8-ci turu çərçivəsində baş tutan derbidə - "Atletiko Madrid" - "Real Madrid" oyununda (1:1) "Kral klubu"nun cinah hücumçusu Vinisius Juniorun rəqib komandanın kapitanı Koke Resurrekyona nə dediyi açıqlanıb.
Fanat.Az xəbər verir ki, məlumatı "Movistar" yayıb.
Xəbərə görə, Vinisius Kokeni bu sözlərlə təxribata çəkib: "Sən iki dəfə finallarda məğlub olmusan, mən qələbə qazanmışam. Pis futbolçu olduğun üçün uduzmusan. Mən isə "Real"da oynayıram".
Xatırladaq ki, 18 xala malik "Real" La Liqanın turnir cədvəlində 2-ci pillədə qərarlaşıb. "Atletoko" 16 xalla 3-cü yerdədir.
Nihat