AZ

Uğurlu "yaşıl" keçid üçün yeni bacarıqlar inkişaf etdirmək lazımdır - Elnur Soltanov

Bakı. Trend:

Uğurlu "yaşıl" keçid üçün yeni bacarıqlar inkişaf etdirməklazımdır.

Trend xəbər verir ki, bubarədə Azərbaycan energetika nazirinin müavini Elnur Soltanov Bakıİqlim dəyişmələri ilə mübarizə üzrə Fəaliyyət Həftəsi çərçivəsindəkeçirilən beynəlxalq konfransda bildirib.

"Yaşıl” enerji keçidi bizim üçün bir sıra məşğulluqla bağlısuallar irəli sürür. Çünki hər bir dəyişiklik həm faydalar, həm dəitkilər gətirir. Bu, "yaşıl" keçidin meydana gətirdiyi əsasproblemlərdən biridir. Nəticədə, "yaşıl" transformasiyadan daha çoxitirənlər var, nəinki qazananlar və məhz bu, prosesinyavaşlamasının açar amillərindən biridir. Məsələn, neft, təbii qazvə kömür kimi karbonhidrogenlərin istifadəsindən imtina etdikcə,bir çox əsas sənaye sahələri diqqətdən kənarda qala bilər. Yenireallıqda bu sektorlardakı işçi qüvvəsi də tələbsiz qalacaq. Bunagörə də bu insanlara yeni bacarıqlara yiyələnmək lazım olacaq", -E.Sultanov qeyd edib.

Onun sözlərinə görə, keçiddən zərər çəkə biləcək insanlarıprosesə daxil etməklə, onların inkişafını yavaşlatmamaqlazımdır.

Qeyd edək ki, Fəaliyyət Həftəsi 2024-cü ilin 30 sentyabr - 4oktyabr tarixlərində, Bakıda ilk dəfə keçirilir.

Bu tədbir, noyabr ayında Bakıda baş tutacaq COP29-un iqlimgündəliyinin əsasını qoyacaq.

İqlim dəyişmələri ilə mübarizə üzrə Fəaliyyət Həftəsi siyasət,maliyyə, ticarət, investisiya, elm, incəsənət, mədəniyyət, cəmiyyətvə KİV kimi bir sıra sahələrdən əsas maraqlı tərəfləri bir arayatoplayacaq.

Tədbirin əsas mövzuları "enerji keçidi", "şəhərlər vəurbanizasiya mühiti", "su təhlükəsizliyi", "qida və kəndtəsərrüfatı", "kiçik və orta müəssisələrin bisznesi" və "yaşılbacarıqlar" olacaq.

Həftənin birinci yarısı (30 sentyabr - 2 oktyabr) dövlətqurumları, akademik mühit və özəl sektorun iştirak etdiyi iqlimhəllərinə həsr olunacaq. İkinci yarıda (3-4 oktyabr) isə elm,təhsil, incəsənət, mədəniyyət və digər sahələrə fokuslanılacaq.

İqlim dəyişmələri ilə mübarizə üzrə Fəaliyyət Həftəsiçərçivəsində şəhərin müxtəlif guşələrində bir çox tədbirlər təşkilediləcək.

Seçilən
14
az.trend.az

1Mənbələr