AZ

İsrail Livanda məhdud quru əməliyyatına başladı

İsrail ordusu Livanın cənubunda Hizbullaha qarşı məqsədli və məhdud quru əməliyyatına başladığını elan edib.

Bakıvaxtı.az "The Times of Israel"ə istinadən xəbər verir ki, bununla bağlı İsrail Müdafiə Qüvvələri (IDF) açıqlama yayıb.

Açıqlamaya görə, quru qoşunları, hava qüvvələri və artilleriya birləşmələrinin iştirak etdiyi əməliyyat Livanın cənubundakı əraziləri hədəfə alıb, döyüş təyyarələri isə Beyrutun cənub ətrafını bombalayıb:

"İDF Baş Qərargah və Şimal Komandanlığı tərəfindən hazırlanmış təfərrüatlı plana uyğun olaraq fəaliyyət göstərir. Göstərişə əsasən, qüvvələr son bir neçə ay ərzində təlim və hazırlıq keçib. Əməliyyat ölkənin Hərbi-Siyasi Kabinetindən icazə aldıqdan sonra başlayıb".

Məlumatda qeyd olunub ki, hərbçilər Qəzza zolağına hücumu da davam etdirəcək.

Gülşən Şərif

Seçilən
22
bakivaxti.az

1Mənbələr