AZ

Həsənovun yeni klubu

Yeni mövsümə hazırlığı davam etdirən “Ordu” basketbol komandası növbəti transferini reallaşdırıb.

Klubun mətbuat xidmətindən Msport.az-a verilən məlumata görə, Əli Həsənov heyətə cəlb edilib.

Basketbolçunun sonuncu klubu “Xırdalan” komandası olub. Boyu 188 sm olan oyunçu ilə 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, “Ordu” klubu daha öncə Roki Blanko, Jamaure Qreqq, Emil Əliyev, Rüstəm Əliyev, Ramme Qriffin, İsah Pope, Səid İsmayılov, Əlibəy Məmmədli, Jaylen Tomas və Vladimir Markovetski ilə müqavilə bağlayıb.

Seçilən
6
msport.az

1Mənbələr