AZ

Polşa müdafiə xərclərini artırır

Polşanın ümumi müdafiə xərcləri 2024-cü ildə ümumi daxili məhsulun (ÜDM) 4,2%-ni təşkil edəcək.

İqtisadiyyat.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə ölkənin milli müdafiə naziri Vladislav Kosiniyak-Kamış bildirib.

“Polşanın ümumi müdafiə xərcləri bu il ÜDM-in 4,2%-ni, gələn il isə 4,7%-ni təşkil edəcək", - nazir deyib.

Kosiniak-Kamysz vurğulayıb ki, Polşa ABŞ və digər müttəfiqləri ilə müdafiə sahəsində əməkdaşlığa sadiq qalaraq, NATO-nun öz ərazisində sabit və uzunmüddətli hərbi mövcudluğuna zəmanət verir. Polşanın 2024-cü il büdcəsində müdafiə xərcləri 118 milyard zloti (təxminən 29 milyard dollar) məbləğində nəzərdə tutulub ki, bu da ÜDM-in 3,1%-ni təşkil edir. NATO-nun hesablamalarına görə, bu il ölkənin faktiki müdafiə xərcləri ölkənin ümumi daxili məhsulunun 4,12%-ni təşkil edir.

 

Sadiq Cavadov

Seçilən
5
iqtisadiyyat.az

1Mənbələr