AZ

Baş direktor: Birinci yarımildə 135 min manatdan çox maliyyə sanksiyası tətbiq olunub

Baş

Bakı, 1 oktyabr, AZƏRTAC

Cari ilin birinci yarısında Mərkəzi Bankın yoxlama-nəzarət tədbirləri nəticəsində 135 min 609 manat maliyyə sanksiyası tətbiq olunub.

AZƏRTAC xəbər verir ki, bu barədə Mərkəzi Bankın Baş direktoru Şahin Mahmudzadə 2024-cü ilin yarım illiyinə həsr olunmuş maliyyə sabitliyi hesabatının təqdimatında deyib.

O əlavə edib ki, hesabat dövründə 37 lisenziya ləğv olunub.

Sığorta sektoruna toxunan AMB rəsmisi ən yüksək zərərlilik olan sığorta növünü açıqlayıb: “Hazırda sığorta sektorunda ən yüksək zərərlilik avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasındadır. İlin sonunadək qeyd edilən sığorta üzrə zərərlilik 80 faiz çivarında olacaq”

Seçilən
24
azertag.az

1Mənbələr