Jurnalist Elman Cəfərli türkdilli xalqların dilini öyrənmək üçün daha uyğun vasitələrin olduğunu söyləyib.
Adalet.az bildirir ki, o, bu məsələdə daha çox telekanalların rolunu ön plana çəkib:
“Özbək, qazax, qırğız, türkmən dillərinin daha yaxşı başa düşülməsi üçün bu dillərdə filmlər, seriallar Azərbaycan televiziyalarında yayımlanmalıdır. Özbək, qazax, qırğız, türkmən TV-ləri də rus, türk kanalları kimi kabel televiziyalarının menyusuna daxil edilməlidir. Dilin yayğınlaşmasında tv-nin rolu misilsizdir. 90-larda Türkiyənin "Star " kanalı yayımlananda çox sözləri başa düşmürdük. Bu gün Azərbaycanda türkcə danışıq dilini bilməyən yoxdur”.
Əntiqə