AZ

"Diadem" tikinti şirkətinin nizamnamə kapitalı 100,5 min manat artırılır

 "Diadem" ASC hər birinin nominal dəyəri 750 manat olan 134 ədəd səhm buraxır .

FED.az bu barədə şirkətin emissiya prospektinə istinadən xəbər verir.

Bu da səhmlərin cəmi dəyərinin 100 min 500 manat artırılması deməkdir.

Anderayter "Assist Finance İnvestisiya Şirkəti" ASC-dir.

Təklifin səbəbləri nizamnamə kapitalının artırılması olduğu nəzərə alınaraq, vəsait Cəmiyyətin dövriyyə kapitalının artırılmasına yönəldiləcək.

Əgər səhmlərin yerləşdirilməsi uğurla başa çatsa "Diadem" ASC-nin nizamnamə kapitalı hazırkı, 3 milyon manatdan 3 milyon 100 min 500 manata çatdırılacaq. 

Hazırda "Diadem" ASC-nin səhmdarları Nəbiyev Elbrus Ənvər oğlu ( 3 min səhm və ya 75%) və Dostumalıyeva Kamalə Qocakişi qızıdır (min səhm və ya 25%).

Seçilən
8
fed.az

1Mənbələr