AZ

Ulu Öndərin iqtisadi siyasəti ölkəyə böyük investisiya axınını təmin etdi- ÖZƏL

"Dahi Lider Heydər Əliyev çətin anlarda milli mənafeləri qorumaq üçün öz iradəsi və uzaqgörənliyi, xüsusilə neft strategiyasının həyata keçirilməsində mühüm rol oynamışdır". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Pərvanə Vəliyeva deyib: "Ulu Öndərin iqtisadi siyasəti ölkəyə böyük investisiya axınını stimullaşdırmış və Azərbaycanın beynəlxalq iqtisadi sistemdəki yerini müəyyənləşdirmişdir. Onun neft strategiyası sayəsində 30 il öncə "Əsrin müqaviləsi" imzalanmış, bu da Azərbaycanın enerji sektorunda mühüm nailiyyətlərə səbəb olmuşdur. Bu strategiya Azərbaycanın iqtisadi inkişafının əsas dayaqlarından biri olmuşdur. Heydər Əliyev Azərbaycanın müasir hüquqi və demokratik dövlət kimi qurulmasında və inkişafında mühüm rol oynamışdır. Onun rəhbərliyi ilə Konstitusiya qəbul edilmiş, vətəndaş hüquqları və azadlıqları təmin olunmuş, demokratik islahatlar həyata keçirilmişdir. O, ölkəni iqtisadi tərəqqi yoluna çıxarmış, dayanıqlı inkişaf modeli yaratmış və Azərbaycanın strateji maraqlarını beynəlxalq səviyyədə müdafiə etmişdir".

Alim Hüseynli
Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
5
olaylar.az

1Mənbələr