AZ

Kilsə xidmətindən sonra fəlakət: 50 nəfər xəstəxanaya…

Nigeriyada kilsə mərasimindən sonra verilən yeməkdən 5 nəfər ölüb.

"Cebheinfo.az" xəbər verir ki, Nigeriyanın qərbindəki İbadan şəhərində kilsənin bazar günü mərasimindən sonra təxminən 50 nəfər xəstəxanaya yerləşdirilib və onlardan 5-i dünyasını dəyişib.

Yerli KİV-in məlumatına görə, İbadan şəhərində kilsədə bazar günü ibadət zamanı zəhərlənməkdə şübhəli bilinən təxminən 50 nəfər İnfeksiya Xəstəlikləri Mərkəzində (IDC) müalicə olunub. Bu şəxslərdən 5-nin həyatını itirdiyi bildirilib. 

Səlahiyyətlilər səbəbi hələ müəyyən edilməmiş ölümlərin kilsənin xüsusi günlərdə verdiyi ənənəvi “İpese” yeməyindən sonra baş verdiyini açıqlayıb. 

Bildirilib ki, kilsə administrasiyası, polis, Dövlət Xidmətləri Müdirliyi (DSS) və Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) kimi qurumlar hadisənin səbəbləri ilə bağlı araşdırma aparır. 

Kilsədən olan mənbə ölümlərin səbəbinin hələ dəqiq müəyyən edilmədiyini bildirərək, "Qurbanlar kimi mən də bu yeməkləri yedim və mənə heç nə olmadı. Hadisə araşdırılır və bəzilərinin irəli sürdüyü kimi söhbət təkcə "İpese" ilə bağlı deyil" deyib.

Ölənlərin naməlum xəstəliklə bağlı olub-olmadığı da araşdırılır. 

Bildirilib ki, Yoluxucu Xəstəliklər Mərkəzinə aparılan onlarla insan müalicədən sonra evə buraxılıb. 

Hadisənin baş verdiyi Oyo əyalətinin polisi ölüm səbəblərini araşdırmaqda davam etdiklərini və hadisənin səbəbini müəyyən etmək üçün digər qurumlarla sıx əməkdaşlıq etdiklərini açıqlayıb.

Seçilən
8
1
cebheinfo.az

2Mənbələr