AZ

İranda terror aktı baş verib, 4 nəfər ölüb

İranın cənub-şərqində yerləşən Sistan və Bəluçestan vilayətinin Bent şəhərində terror aktı baş verib.

Olaylar-ın məlumatına görə, bu barədə İranın Sistan və Bəluçestan vilayətinin Nikşəhr rayonunun qubernatoru Mocib Həsəni yerli mediaya açıqlamasında deyib.

Onun sözlərinə görə, hadisə şəhərdəki orta məktəblərdən birində keçirilən tədbirdən sonra baş verib. Terror aktı nəticəsində 4 nəfər, o cümlədən İslam İnqilabı Keşikçilər Korpusunun Nikşəhr komandanı və şəhər şurasının sədri ölüb.

Həsəni terror aktı nəticəsində 2 nəfərin yaralandığını və yaralılardan birinin vəziyyətinin ağır olduğunu qeyd edib.

Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
14
olaylar.az

1Mənbələr