İranın cənub-şərqindəki Sistan və Bəlucistan əyalətininin Nikşəhr dairəsinin Bennet rayonunda xeyriyyə tədbirinə silahlı hücum nəticəsində üç nəfər ölüb, ikisi yaralanıb.
"Operativ Məlumat Mərkəzi-OMM" “Mehr”ə istinadən xəbər verir ki, bu barədə Nikşəhr valisi Mucib Hüsni məlumat verib.
Bildirilib ki, ölənlərdən biri Sepahın Bennet korpusunun komandiri Pərviz Kodxodaidir.