AZ

Sabah yağış yağacaq, şimşək çaxacaq - PROQNOZ

Bakı. Trend:

Oktyabrın 2-ə gözlənilən hava şəraiti açıqlanıb.

Bu barədə Trend-ə Milli Hidrometeorologiya Xidmətindən məlumatverilib.

Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında havaşəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasənyağmursuz keçəcəyi gözlənilir. Lakin səhər və axşam bəzi yerlərdəqısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var.Cənub-şərq küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəzolunacaq.

Havanın temperaturu gecə 12-17°, gündüz 19-24° olacaq. Atmosfertəzyiqi 754 mm civə sütunundan 757 mm civə sütununa yüksələcək.Nisbi rütubət gecə 70-80 %, gündüz 50-55 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı,şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterliintensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qaryağacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə arabir dumanolacaq. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabirgüclənəcək.

Havanın temperaturu gecə 12-17° isti, gündüz 20-25° isti,dağlarda gecə 5-10° isti, gündüz 10-15° isti olacaq.

Seçilən
1
49
az.trend.az

10Mənbələr