AZ

“Aqrar Tədarük Təchizat” şirkətinə yeni sədr təyin olunub

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan “Aqrar Tədarük Təchizat” ASC-nin İdarə Heyətinin Sədri vəzifəsinə təyinat olub.

Marja.az-ın əldə etdiyi məlumata görə, Elgün Məhəmmədəlizadə İdarə Heyətinin Sədri vəzifəsinə təyin edilib. 

Qeyd edək ki, Elgün Məhəmmədəlizadə  Bakalavr və Magistr təhsilini Bakı Dövlət Universiteti Tətbiqi riyaziyyat və kibernetika ixtisası üzrə almış, Almaniyanın Hamburg şəhərində Menecerlərin təkmilləşdirilməsi proqramını bitirmişdir. Böyük Britaniyanın Satınalma və Təchizat Zənciri sahəsində beynəlxalq sertifikatı olan CIPS sertifikatina sahibdir.

Elgün Məhəmmədəlizadə PMD Group MMC-də təchizat üzrə qrup rəhbəri, Agro Food İnvestments MMC-də Qrup Satınalma Meneceri,   Agrotrade Supply MMC şirkətlər qrupunda Qrup Satinalma rəhbəri vəzifələrində çalışmışdır. ATS Food MMC-də Satınalma və Logistika üzrə Direktor müavini vəzifəsini icra edən Elgün Məhəmmədəlizadə təchizat zənciri, tədarük sahəsində 15 ildən yuxarı iş təcrübəsinə malikdir. Təyinatdan əvvəl Aqrar Tədarük Təchizat ASC-də İdarə Heyəti sədrinin müavini vəzifəsində çalışırdı. 

İngilis dilini bilir. Ailəlidir, 2 övladı var.

Elgün Məhəmmədəlizadə Aqrar Tədarük Təchizat
Seçilən
5
25
marja.az

10Mənbələr