AZ

25-dən artıq cinayət işinin ibtidai araşdırması yekunlaşdırılıb - Hərbi prokuror

Bakı. Trend:

25-dən artıq cinayət işinin ibtidai araşdırmasıyekunlaşdırılıb.

Trend-inməlumatına görə, bu barədə Azərbaycanın hərbi prokuror XanlarVəliyevin “Respublika” qəzetində dərc olunmuş məqaləsindədeyilir.

"2005-ci ildən başlamaqla, əvvəlki illərdə də Silahlı Qüvvələrdə1992-2004-cü illərdə törədilmiş qəsdən adam öldürməyə cəhd, qəsdənadam öldürmə və digər ağır, xüsusilə ağır cinayət hadisələri iləbağlı ibtidai araşdırmanın yekunlaşdırılması mümkün olmayıb

Bu, səriştəsizlik və bəzi hallarda isə yarıtmaz fəaliyyətucbatından baş verib".

X.Vəliyev bildirib ki, təqsirləndirilən şəxs qismində cəlbedilməli olan şəxsin müəyyən edilməməsi əsası ilə icraatıdayandırılmış cinayət işlərinin təcrübəli əməkdaşlar tərəfindənöyrənilməklə, bir neçəsi üzrə icraatın təzələnərək ibtidaiistintaqın davam etdirilməsi, yekun qərarların qəbul olunması,bununla da ibtidai araşdırmanın qurtarması təmin edilib.

“İcraatı təzələnmiş işlər üzrə düzgün qurulmuş istintaqmetodikası və taktikası, səriştəli aparılan istintaq hərəkətləri,istintaqçıların peşəkarlığı və əzmi, eləcə də, məharətlə həyatakeçirilmiş prosessual rəhbərlik sayəsində 25-dən artıq cinayətişinin ibtidai araşdırması yekunlaşdırılıb. Cinayət törətmişşəxslərin ifşa olunmasına, faktlara və şəxslərin əməllərinə hüquqiqiymət verilməsinə nail olunub”, - deyə o əlavə edib.

Seçilən
14
az.trend.az

1Mənbələr