AZ

Livan ordusu İsraillə sərhəd bölgəsindən niyəGERİ ÇƏKİLİB?

Livan Müdafiə Nazirliyindəki mənbə bildirib ki, Livan ordusu təchizatındakı çətinliklər səbəbindən İsraillə sərhəddə bir neçə müşahidə məntəqəsini tərk edib.

“İki sahil” RT-yə istinadla xəbər verir ki, yenidən yerləşdirmə aparılıb və təchizat logistikası ilə bağlı çətinliklərə görə qüvvələr sərhəddəki bir neçə müşahidə məntəqəsindən çıxarılıb.

İsrail ordusu oktyabrın 1-nə keçən gecə bildirib ki, qoşunlar Livanın cənubundakı sərhəd bölgəsində Hizbullah hədəflərinə qarşı məhdud quru reydlərinə başlayıb.

Hazırda İsrail Müdafiə Qüvvələrinin döyüşçüləri Livanın cənubunda Hizbullah tərəfdarları ilə gərgin döyüşlər aparır.

Seçilən
8
ikisahil.az

1Mənbələr