AZ

NATO: Livanda müşahidə etdiyimiz eskalasiyadan dərin narahatıq

 

NATO-nun baş katibi Yens Stoltenberq Alyansın Livandakı vəziyyətdən dərin narahat olduğunu və müttəfiqlərin həm Qəzzada, həm də Livanda gərginliyin azaldılması və siyasi həllə nail olunması səylərini dəstəklədiyini bildirib.Missiya.Az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.“Əlbəttə, biz Livanda baş verənləri yaxından izləyirik, lakin NATO-nun orada konkret rolu yoxdur”,-deyə o qeyd edib."Alyans olaraq biz oradakı bütün tərəfdaşlarımızla əlaqə saxlayırıq. Təbii ki, biz hərbi əməliyyatların mümkün qədər tez bitməsinə ümid edirik. Yaxın Şərqdə müşahidə etdiyimiz eskalasiyadan dərin narahatıq",-deyə Stoltenberq vurğulayıb.Leyla SƏMƏNDƏRMissiya.Az

 

Seçilən
9
missiya.az

1Mənbələr