AZ

Samuxda “Prokurorluq orqanları əməkdaşlarının peşə bayramı” günü qeyd edilib - FOTOLAR

Samux rayonunda Prokurorluq orqanları əməkdaşlarının peşə bayramı qeyd edilib. Tədbirdə Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev, şəhid ailələri, RİH-nin əməkdaşları, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak ediblər.

"Unikal" xəbər verir ki, tədbir iştirakçıları ilk öncə Ümummilli lider Heydər Əliyevin Samux şəhəri Heydər Parkında ucaldılmış heykəli önünə gül dəstələri qoyaraq ulu öndərə hörmət və ehtiramını bildiriblər.

Tədbirdə çıxış edən Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev başda Azərbaycan Respublikasının Baş Prokuroru, cənab Kamran Əliyev olmaqla bütün prokurorluq orqanları əməkdaşlarını peşə bayramı münasibəti ilə təbrik edərək, xoş arzularını çatdırıb.

Samux rayon Prokuroru Könül Ələsgərova isə çıxışında ölkə başçısının prokurorluq orqanlarına və işçilərinə göstərdiyi qayğısı haqqında geniş və ətraflı məlumat verib. İcra Hakimiyyətinin Başçısı tərəfindən rayonda öz işlərində fərqlənən rayon prokurorluğunun əməkdaşları  Fəxri Fərman və hədiyyələrlə mükafatlandırılmışlar.

Tədbirin sonunda “Prokurorluq orqanları əməkdaşlarının peşə bayramı” günü münasibəti ilə Samux-Kür yolunun kənarına tədbir iştirakçıları tərəfindən 500 ədədə yaxın şam və sərv ağacları əkilib. 

Seçilən
0
unikal.az

1Mənbələr