AZ

Həmyerlimiz dünyaca məşhur Miçiqan Universitetində dərs keçəcək

“ABŞ”-nin Miçiqan Universitetinin ən nüfuzlu və yüksək UM “Weiser” fəxri post-doktoral təqaüdünə layiq görülən ilk və yeganə xanım siyasi alim Nərgiz Hacıyeva həmin universitetdə tələbələrə dərs deməyə başlayıb.

Valyuta.az xəbər verir ki, bu barədə “Avropa Azərbaycanlıları” qrupunda paylaşım edilib. 

Bildirilib ki, soydaşımız siyasi elmlər üzrə ən yaxşı universitetlərdən biri olan Miçiqan Universitetinin (UM) mühazirə zallarında tələbələrə “siyasi elmlər” və “enerji siyasəti” fənlərini tədris edir. O, bununla həmçinin “Weiser” Avropa və Avrasiya Mərkəzində, “Siyasi Elmlər” Departamentində və UM “Ross” Biznes Məktəbində tədqiqatlar aparacaq.

Seçilən
4
valyuta.az

1Mənbələr