AZ

Azərbaycan – Slovakiya oyununun biletləri satışa çıxarılıb

Azərbaycan

Bakı, 1 oktyabr, AZƏRTAC

UEFA Millətlər Liqasında qrup mərhələsinin IV turu çərçivəsində Azərbaycan və Slovakiya komandaları arasında keçiriləcək oyunun biletləri satışa çıxarılıb.

AZƏRTAC AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, qiymətlər sektorlara görə 3, 5 və 10 və manat təşkil edir.

VİP sektoruna biletlərin qiyməti isə 20-30 manatdır. Biletləri "İtickets" və satış kassalarından əldə etmək mümkündür.

Qeyd edək ki, oktyabrın 14-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək Azərbaycan – Slovakiya matçı saat 20:00-da start götürəcək.

Seçilən
5
1
azertag.az

2Mənbələr