AZ

Azərbaycan Respublikasının Baş prokuroru və xorvatiyalı həmkarı "Əməkdaşlığın inkişaf etdirilməsi haqqında Anlaşma Memorandumu"nu imzalayıb (FOTO)

Bakı. Trend:

Beynəlxalq Prokurorlar Assosiasiyasının (BPA) paytaxtdakeçirilən 29-cu İllik Konfransında iştirak edən beynəlxalq təşkilatvə xarici dövlətlərin nümayəndə heyətləri ilə silsilə görüşlərkeçirilir.

Bu gün Azərbaycan Respublikasının Baş prokuroru Kamran ƏliyevXorvatiya Respublikasının Baş prokuroru İvan Turudiçin rəhbərliketdiyi nümayəndə heyəti ilə görüşüb.

Trendxəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.

Bildirilib ki, Baş prokuror Kamran Əliyev iki ölkə arasında mövcudolan strateji tərəfdaşlıq və güclü əməkdaşlıq münasibətlərininsiyasi, iqtisadi və mədəni əlaqələrin daha da inkişaf etdirilməsiüçün platforma təşkil etdiyini vurğulayaraq ölkəmizdə həyatakeçirilən cinayətkarlığa qarşı mübarizə tədbirləri barədə ətraflıməlumat verib.

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının TərəflərKonfransının 29-cu sessiyası - COP29-un ölkəmizdə keçirilməsinintarixi əhəmiyyətini vurğulayan Baş prokuror Kamran Əliyev, COP29zamanı Azərbaycan Respublikası Baş Prokurorluğunun BirləşmişMillətlər Təşkilatının Narkotiklər və Cinayətkarlıqla Mübarizəİdarəsi - UNODC ilə birgə noyabrın 15-də “Gücləndirilmiş İqlimFəaliyyəti üçün Hüquq-mühafizə orqanlarının səfərbər edilməsi” adlıyüksək səviyyəli plenar iclas təşkil etdiyini bildirərək qonaqlaradəvət məktubunu təqdim edib.

Xorvatiyanın prokurorluq orqanları ilə möhkəm əlaqələrinqurulduğuna nəzər salan Kamran Əliyev təcrübə mübadiləsi,prokurorluq əməkdaşlarının ikitərəfli səfərlərinin əhəmiyyətindənbəhs edib.

Xorvatiya Respublikasının Baş prokuroru səmimi qəbula görəminnətdarlığını ifadə edərək 1 oktyabr Azərbaycan Respublikasıprokurorluq işçilərinin peşə bayramı günü və prokurorluqorqanlarının yaranmasının 106-cı ildönümü münasibətilə Baş prokurorKamran Əliyevi təbrik edib, dostluq münasibətlərinin bundan sonrada bütün istiqamətlərdə uğurla inkişaf edəcəyindən əminliyini ifadəedib, iki ölkənin prokurorluq orqanlarında mövcud əlaqələri yüksəkqiymətləndirib.

Tərəflər prokurorluqlarımız arasında hüquqi və institusionaləməkdaşlığın ikitərəfli və beynəlxalq platformalar çərçivəsindəgenişləndirilməsi perspektivləri barədə fikir mübadiləsiaparıblar.

Daha sonra ölkələrimiz arasında hüquqi əməkdaşlığınmöhkəmləndirilməsi, mövcud əlaqələrin gələcəkdə daha daintensivləşdirilməsi məqsədilə Əməkdaşlığın inkişaf etdirilməsihaqqında Anlaşma Memorandumu imzalanıb.

Nümayəndə heyətinin ölkəmizə işgüzar səfəri davam edir.

Azərbaycan
Azərbaycan
Seçilən
10
47
az.trend.az

10Mənbələr