AZ

Ermənistan və Azərbaycan arasında baş vermiş ikinci Qarabağ savaşı və onun regiona təsiri

Müstəqil Azərbaycan tarixini iki hissəyə bölmək olar.Bunlardan birincisi Soyuq savaşın bitməsini göstərən SSRİ-in dağılması və Azərbaycanın yenidən müstəqilliyini bərpa etməsi ilə Ermənistan və Azərbaycan arasında baş vermiş I Qarabağ döyüşü münasibətlərin ilk mərhələsi olaraq tarixə düşdüI Qarabağ döyüşü zamanı faciəvi Qarakənd faciəsi,uğursuz “Daşaltı”əməliyyatı,Qaradağlı faciəsi, Xocalı Soyqırımı və 20 Yanvar hadisələri baş vermişdir.2020-ci il Tovuz döyüşləri II mərhələnin başlanğıcı üçün bir siqnal idi.Sonra artıq yeni bir mərhələ başladı.Müharibə artıq qaçınılmaz idi.Çünki Ermənistan son dövrlər daha çox bu prosesi sürətləndirirdi və Ermənistanla Azərbaycan yeni müharibənin astanasında idi.Sonra isə 2020-ci il müharibəsi başladı.Bu müharibə 44 gün davam etdi. 44 günlük müharibə dövründə Azərbaycan öz ərazilərini işğaldan azad etdi və artıq yeni bir mərhələ Azərbaycanın həm regional,həm də qlobal səviyyədə münasibətlərə təsir etdi.Azərbaycana qarşı əvvəldən tutulan mövqe tamam dəyişilməyə başladı.Region dövlətləri fərqli münasibət göstərirdi.İranın münasibətində də dəyişikliklər baş verməyə başladı.Məsəl üçün əvvəllər İran “Azərbaycan öz ərazilərini işğaldan azad etsin” deyirdi, yəni Azərbaycana dəstək verirdi.Ancaq müharibə zamanı biz gördük ki, söylədikləri və yanaşmaları tamam fərqlidir.XX əsrin 80-ci illərin sonları 90-cı illərin əvvəllərində Ermənistan Azərbaycanın tarixi torpaqlarına açıq formada ərazi iddiaları ilə çıxış etmiş və ölkəmizə qarşı işğalçılıq siyasətinə başlamışdır.Həmin dövrdə Azərbaycanda hökm sürən hərc-mərclikdən istifadə edən Ermənistan torpaqlarımızın 20%-ni işğal etmiş,Ermənistan həyata keçirdiyi etnik təmizləmə siyasəti nəticəsində 1 milyondan artıq azərbaycanlı öz doğma yurd-yuvasından məcburi şəkildə köçmüşdür.2020-ci il sentyabrın 27-də Ermənistan Respublikasının silahlı qüvvələri beynəlxalq hüquq normalarını yenidən kobud surətdə pozaraq,müxtəlif növ silahlardan,o cümlədən ağır artilleriyadan istifadə etməklə bir neçə istiqamətdən Azərbaycan Respublikasının yaşayış məntəqələrini və hərbi mövqelərini atəşə tutmuşlar. Azərbaycan Respublikasının milli təhlükəsizliyə qarşı olan hərbi təhdidlərin qarşısının alınması və zərərsizləşdirilməsi üçün Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən əks-hücum əməliyyatlarına başlamışdır.Hesab edirəm ki, yaxın müddət ərzində regionda baş verən bu dəyişiklik regionun bütün ölkələri üçün,eyni zamanda Ermənistan və Azərbaycan üçün müsbət nəticələr verə bilər. O halda ki, Ermənistan tərəfi Azərbaycanın irəli sürdüyü və regionda vəziyyətin sabitləşdirilməsi üçün əsas olacaq münasibətlərdə ciddi iştirak eləsin və ciddi yanaşsın. O zaman nəticə əldə edə bilər. Hudulova Fatma





Facebook-da paylaş

Seçilən
8
rublika.az

1Mənbələr